İran hərbi kəşfiyyat peykini kosmosa buraxdı

 İran hərbi kəşfiyyat peykini kosmosa buraxdı

İran ölkənin üçüncü hərbi kəşfiyyat peyki “Nur-3”ün kosmosa buraxıldığını açıqlayıb. Asayis.Az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.

Bildirilib ki, peyk yerdən 450 kilometr uzaqlıqdakı orbitə yerləşdirilib.

Qeyd edək ki, raketlə bağlı heç bir görüntü paylaşılmayıb, həmçinin,  Qərb rəsmiləri İranın açıqlaması ilə bağlı məlumat verməyib.

13:00 - 28 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin