Serb partiyası 3 günlük matəm elan etdi

 Serb partiyası 3 günlük matəm elan etdi

Ötən gün Kosovo polisi ilə toqquşmada ölən etnik serb silahlılar üçün üç günlük matəm elan edilib.

Asayis.Az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Məlumata görə, Serb Partiyasından verilən açıqlamada deyilir: 

“Banjska kəndində baş verən faciəvi hadisədə vətəndaşlarımızın qətlə yetirilməsi ilə əlaqədar sentyabrın 26, 27 və 28-i matəm günü elan edilib.

Bununla bağlı bütün əyləncələr ləğv ediləcək və bayraqlar yarıya qədər endiriləcək. Kosovodakı serb xalqı adından ən dərin arzularımızı bildirir, həyatını itirənlərin ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik”. 

15:36 - 27 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin