Birinci və sonuncu mərtəbələrdəki mənzillər niyə ucuzdur? - VİDEO

 Birinci və sonuncu mərtəbələrdəki mənzillər niyə ucuzdur? - VİDEO

Çoxmənzilli binalarda 1-ci və axırıncı mərtəbədəki mənzillər adətən digərlərindən ucuz təklif olunur. Məsələn, yeni tikililərdə orta mərtəbələrdə mənzillərin qiyməti orta hesabla 120-130 min manatdan başlayırsa, sözügedən mərtəbələrdəki evləri  90-100 min manata əldə etmək mümkündür.

Asayis.Az 
Xəzər TV-yə istinadən bildirir ki, ekspert Ramil Osmanlı deyir ki, bu ənənə artıq illərdir ki, formalaşıb. Onun sözlərinə görə, bir çoxları bəzən 2-ci və 3-cü mərtəbələrdən belə mənzil almaq istəmirlər.

Tikinti məsələləri üzrə ekspert Muxtar Ərturan isə 1-ci mərtəbələrdəki mənzillərin  alıcılıq qabiliyyətinin aşağı olmasını müxtəlif səbəblərlə əlaqələndirir. Onun fikrincə, əksər hallarda bu səbəblər əsaslı olur.

Ekspert deyir ki, çoxmərtəbəli binaların sonuncu mərtəbəsində də yaşayışıyı çətinləşdirən müxtəlif amillər olur. Alıcılar əvvəlcə həmin çatışmazlıqları görməsə də, bir neçə ildən sonra probelmlər özünü biruzə verir.

Muxtar Ərturanın alıcılara tikinti normalarının düzgün aparılmasına, su keçirmə və səs izolyasiyasının etibarlılığına əmin olduqdan sonra həmin mərtbələrdən mənzil almağı tövsiyə edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

 

12:00 - 27 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin