Ağdərədə Azərbaycan bayrağı qaldırıldı - VİDEO

 Ağdərədə Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Ağdərənin mərkəzində, eləcə də Sırxavənd kəndində artıq Azərbaycan bayrağı dalğalanır.  Asayis.Az xəbər verir ki, bununla bağlı yayımlanan kadrlardan aydın olur ki, Sırxavənddəki görüntülər düşmənin 77 saylı hərbi hissəsindən qeydə alınıb.

“Hazırda düşmən bayrağı endirildi, Azərbaycanın üçrəngli bayrağı dalğalanmaqdadır”, - deyə hərbçi məlumat verib.

Sonra bütün əsgərlər bir ağızdan “Qarabağ Azərbaycandır!” – şüarını səsləndirirlər.
 

 

18:12 - 26 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin