ABŞ bu bölgələri rəsmən tanıyacaq

 ABŞ bu bölgələri rəsmən tanıyacaq

ABŞ Sakit okeandakı Kuk adaları və Niue adalarını suveren, müstəqil dövlətlər kimi tanıyacaq və bu ölkələrlə diplomatik əlaqələr quracaq.

Asayis.Az xəbər verir ki, bu barədə Prezident Co Baydenin verdiyi yazılı açıqlamada bildirilib.

ABŞ-ın Kuk adaları ilə 2-ci Dünya Müharibəsindən bəri uzun bir əməkdaşlıq tarixi olduğunu bildirən Bayden, bu ölkə ilə əlaqələrin qeydə alınmadığını bildirib:

"Bölgələrin ABŞ tərəfindən tanınması iqlim dəyişikliyi ilə mübarizəyə, iqtisadi artıma və azad və açıq Hind-Sakit okean regionunun yaradılmasına imkan verəcək.

Niuenin Sakit Okeanda da kritik və konstruktiv rol oynayır. O cümlədən regionun davamlı inkişafı, təhlükəsizliyi, dəniz və okeanların mühafizəsində əhəmiyyətlidir.

Bu çərçivədə Sakit Okean Adaları üçün ilk milli strategiyanı elan edirik. Tanınan bölgələrə qısa zamanda səfir təyin ediləcək".

16:12 - 26 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin