Əfqanıstana nəzarət edən Taliban, ölkənin bütün şəhərlərini əhatə edəcək genişmiqyaslı kamera nəzarəti şəbəkəsi quracaq.
Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı Təşkilatın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində kamera sistemi quraşdırılacaq və bütün bölgələr nəzarət altına alınacaq.
Bu addım təhlükəsizliyin bərpasına dəstək olacaq. Hazırda təhlükəsizlik mütəxəssisləri təhlükəsizlik xəritəsi üzərində işləməyə davam edir.
Qeyd edək ki, bu kontekstdə rəhbərlik Çin telekommunikasiya şirkəti Huawei ilə potensial əməkdaşlığı müzakirə edib.