ABŞ-da Amerika Ssenari Müəllifləri Gildiyasının (WGA) təşəbbüsü ilə başladılan tətil aksiyası başa çatıb.
Asayis.Az xəbər verir ki, bu barədə məlumatlar xarici mediada yer alıb.
Bildirilib ki, Kino və Televiziya İstehsalçıları (AMPTP) ilə ikin razılıq əldə olunub və tətil dayandırılıb.
Razılaşma çərçivəsində müxtəlif sektorlardan olan ssenaristlərin qorunmasının təmin olunacağı bildirilib.
Qeyd edək ki, tətil aksiyası 146 gün davam edib, bir çox yazıçı, aktyor və ulduz tətilə qoşulub.