Babayan Xankəndidən İrəvana qaçıb

 Babayan Xankəndidən İrəvana qaçıb

Qarabağda baş verən son hadisələrlə əlaqədar erməni separatçıların rəhbərliyində təmsil olunanların kürkünə birə düşüb. Onlar hər necə olursa olsun, qaçıb aradan çıxmağa çalışırlar. Bu da əbəs deyil, Azərbaycan Qarabağda soyqırımları törətmiş separatçıların cinayət məsuliyyətinə cəlb olunacağını bəyan edib

Asayis.Az
 xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Qarabağ separatçılarının “keçmiş müdafiə naziri”, xuntanın qondarma “parlament”ində təmsil olunan Samvel Babayan artrıq Ermənistanda olduğunu bildirib.

“Artıq Ermənistanda, İrəvandayam”, - deyən Babayan erməni jurnalistin başqa suallarına cavab vermək istəməyib. Onun Qarabağdan Ermənistana necə keçdiyi məlum deyil.

S.Babayan 1990-cı illərdə Qarabağda erməni silahlı qüvvələrinə rəhbərlik edib və sonra Azərbaycan şəhərlərinin, rayonlarının işğalında xüsusui rol oynayıb. Separatçılar arasında daxili mübarizə nəticəsində vəzifədən məhrum edilib və həbsə atılıb, azad edildikdən sonra isə Ermənistana gedib. 

2016-cı ildə Qarabağa qayıtdıqdan sonra fəal "siyasi fəaliyyət"lə məşğul olmağa başlayıb. O, son vaxtlaradək Xankəndidə "Vahid Vətən" adlı qondarma partiyaya rəhbərlik edirdi.
 

15:24 - 25 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin