Ölümü əvvəlcədən təsvir edilmişdi - Priqojinlə bağlı şok

 Ölümü əvvəlcədən təsvir edilmişdi - Priqojinlə bağlı şok

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ölümü təsadüf deyil.

Asayis.Az
 xəbər verir ki, bunu Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, tanınmış ekstrasens Zirəddin Rzayev Globalinfo.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bir neçə ay əvvəl amerikalılar “The Expendables” (“Qarşısı alınmazlar”) filmində “Vaqner” qrupunun rəhbəri Priqojinin ölümünü təsvir ediblər:

“Amerikalıların çəkdiyi filmə diqqətlə baxsanız, görərsiniz ki, filmin qəhrəmanı raket zərbəsi nəticəsində havada partlayan təyyarədə ölür. Sonradan qurbanı barmağından tanıyırlar. Bu, Priqojin işində də baş verib. Ekspertiza Priqojinin bir barmağının olmadığını vurğuladı. Bu da o deməkdir ki, cəsəd ilk baxışdan “Vaqner” qrupunun rəhbərinə məxsusdur”.

Zirəddin Rzayevin sözlərinə görə, onlar filmin qəhrəmanının embleminin “Vaqner” qrupunun emblemi olduğunu gizlətməyiblər:

“Amerikalılar “Qarşısı alınmazlar” filmində “Vaqner” özəl hərbi şirkətinin rəsmi emblemini açıq şəkildə göstərirlər. Filmin sonunda qəhrəmanın ölmədiyini qeyd edən ssenarist Priqojinin ölümü ilə bağlı bir daha şübhələr yaradır. Sanki film çəkilib. “Priqojinin ölümündən sonra və onun haqqında” deyə vurğulayır.

Həqiqətən, filmə baxsanız, bəzi şeylər diqqəti cəlb edir. Məsələn:

1) Təyyarəni raketlə vurmaq

2) Təyyarədə ölən qəhrəmanın barmağından tanınması

3) Qəhrəmanın gerbi insan kəlləsidir".

13:12 - 25 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin