“Qarabağ Azərbaycanın tam nəzarətindədir” - Erməni separatçıların keçmiş lideri

 “Qarabağ Azərbaycanın tam nəzarətindədir” - Erməni separatçıların keçmiş lideri

“Azərbaycan Qarabağa tam nəzarət edir”.

Bu sözləri Qarabağdakı erməni separatçıların keçmiş liderlərindən biri Ruben Vardanyan “France24” telekanalına müsahibəsində deyib.

“Hesab etmək olarmı ki, bütün Qarabağ Azərbaycanın nəzarətində olan ərazidir?” - deyə jurnalist Vardanyana sual ünvanlayıb.

“Bəli, onlar bölgəyə tam nəzarət edirlər”, - deyə o cavab verib.

Ruben Vardanyanın sözlərinə görə, Qarabağın erməniəsilli sakinləri orada qalmaq istəmirlər və Ermənistana getməyə çalışırlar.

16:30 - 24 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin