Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib - FOTOLAR

 Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib - FOTOLAR

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib.

Asayis.Az xəbər verir ki, yanacaqla dolu 2 nəqliyyat vasitəsi Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda yanacaq daşıyan nəqliyyat vasitələri Xankəndi istiqamətində hərəkət edir.

Yanacağın ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.

Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.//Report




 

15:00 - 24 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin