Ruben Vardanyan Qarabağda qalıb-qalmayacağını açıqladı

 Ruben Vardanyan Qarabağda qalıb-qalmayacağını açıqladı

Bölgədə separatçı hərəkatı alovlandırmaq missiyası ilə 44 günlük müharibədən sonra Xankəndiyə gələn milyoncu Ruben Vardanyan hazırda çıxılmaz vəziyyətə düşüb. O, hazırda, Azərbaycan dövlətinin onu əfv edib, etməyəcəyini gözləyir.

Turkustan.az xəbər verir ki, Vardanyan Azərbaycannın bölgəni nəzarətə götürməsindən sonra Qarabağda qalıb-qalmayacağı haqda suala cavab verib.

O bildirib ki, Xankəndidən ayrılmağı düşünmür: “Burada qalıb, sona qədər mübarizə aparacaq sakinlərlə ölümü qəbul etməyə hazıram”.

18:00 - 23 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin