“Ermənistan və Azərbaycan dinc münasibətlər qurmalıdır. Çünki İrəvan bir sıra oyunçuların ölkəni hərbi əməliyyatlara cəlb etmək niyyətini görür”.
Asayis.Az TASS-a istinadla xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Qətiyyətlə bildiririk ki, Ermənistan Silahlı Qüvvələrinin bəzi hərbi qulluqçularının Qarabağda olması ilə bağlı iddialar və istinadlar həqiqətə uyğun deyil. Bu cəhd qarşısında biz bir sıra oyunçuların niyyətlərini açıq şəkildə görürük. Ermənistan Respublikası hərbi əməliyyatlara cəlb edilsin və beləliklə, suveren ərazimizdə hərbi toqquşmalar baş versin”, - Mirzoyan bildirib.
Nazir, həmçinin vurğulayıb ki, Ermənistanın mövqeyi qəti və dəyişməzdir:
"Suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan dinc münasibətlər qurulmalıdır".