İrəvanda etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanı hökumət binasına daxil olmasına maneə yaratmağa çalışıblar. Hadisə baş nazir hökumət iclasına gedən zaman yaşanıb.
Asayis.Az report-a istinadən xəbər verir ki, Nazirlər Kabineti üzvlərinin binanı tərk edə bilməməsi üçün etirazçılar binanı demək olar ki, hər tərəfdən mühasirəyə alıblar.
Lakin polis əməkdaşları nümayişçiləri Melik Adamyan küçəsinə doğru irəliləməyə imkan verməyib.
Etirazçılar polis kordonunu yarıb və Paşinyanın korteji oradan keçə bilib.