“Ermənistan hökuməti qarşısına Qarabağdakı erməniləri köçürmək vəzifəsini qoymayıb”.
Asayis.Az bildirir ki, bu barədə Baş nazir Paşinyanın Apartından açıqlama verilib.
Məlumatda deyilir ki, Azərbaycan nümayəndələri ilə sülhməramlılar arasında aparılan müzakirələrin nəticələrindən asılı olaraq lazımi qərarlar qəbul ediləcək.
Ermənistan hökuməti hesab edir ki, Qarabağ ermənilərinin öz evlərində təhlükəsiz yaşamaq hüququ təmin edilməlidir.
“Qarabağ ermənilərinin bir hissəsinin qalmasının qeyri-mümkün olduğu halda qərarlar qəbul ediləcək. Bununla bağlı zəruri hazırlıq işləri aparılır”- deyə Paşinyanın Ofisindən bildirilib.