Ağdərə, Xocavənd və Əsgərandan 5 min sakin təxliyə edilib - Rusiya MN

 Ağdərə, Xocavənd və Əsgərandan 5 min sakin təxliyə edilib - Rusiya MN

Rusiya sülhməramlıları Qarabağın üç rayonundan 5 min insanı təxliyə edib.

Asayis.Az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, sülhməramlılar Bakı, İrəvan və Xankəndi ilə davamlı qarşılıqlı fəaliyyət davam etdirir.

Aktiv hərbi əməliyyatlar başlayandan Rusiya sülhməramlıları Ağdərə, Xocavənd və Əsgəran rayonlarından dinc sakinləri təxliyə ediblər. Sülhməramlı kontingentə 5 minə yaxın insan təhvil verilib.

Bütün təxliyə edilənlər istirahət yerləri və isti yeməklə təmin olunublar. Rusiyanın hərbi həkimləri onlara ixtisaslı tibbi yardım göstərirlər.

Vəziyyət gecə-gündüz nəzarətdə saxlanılır.

13:24 - 21 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin