“20 kəndimiz terrorçulardan təmizlənib” - Ədalət Verdiyev

 “20 kəndimiz terrorçulardan təmizlənib” - Ədalət Verdiyev

“Azərbaycan ordusunun dünən başladığı antiterror tədbirləri hazırda aktiv fazadadır. Son sutka ərzində 100-dən çox düşmən mövqeləri darmadağın edilib. Düşmənin təxminən 130-a qədər də zirehli vasitələri, radiolokasiya stansiyaları, radioelektron müdafiə kompleksləri və artileriya qurğuları sıradan çıxardılıb. Bu dəqiqələrə qədər 20-dən çox Azərbaycan kəndi erməni terrorçularından təmizlənib”. 

Asayis.Az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.  
 
O bildirib ki, hazırda antiterror tədbirləri uğurla davam etdirilir:  

“Erməni terrorçuları tam təslim olana qədər antiterror tədbirləri davam etdiriləcək. Təxminən 3-4 gün müddətində bütün təhlükəsizlik tədbirlərini nəzərə almaqla antiterror tədbirləri başa çatdırılacaq”. 

16:12 - 20 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin