Ermənistana məxsus kvadrokopter ələ keçirilib

 Ermənistana məxsus kvadrokopter ələ keçirilib

Sentyabrın 20-si saat 10:00 radələrində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.

10:55 - 20 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin