Ermənilərə məxsus 6 "Ural" və 4 minaatan qənimət olaraq ələ keçirilib

 Ermənilərə məxsus 6

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.

Asayis.Az 
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrin məxsus minaatan mərmisi ilə dolu 6 ədəd Ural markalı hərbi avtomobil və 4 ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.

 

10:15 - 20 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin