"Rusiyanın təcavüzünə son qoymaq üçün birləşməliyik, şeytana, iblisə etibar etmək olmaz".
Asayis.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasındakı çıxışında bildirib.
O deyib ki, nüvə silahına sahib olan Rusiyanın bütün beynəlxalq fəaliyyəti dayandırılmalıdır:
"Əks halda Rusiya dünyanı son müharibəyə itələyəcək. Rusiyanın nüvə silahına sahib olmaq hüququ olmamalıdır. Silahlanma məhdudlaşdırılmalı, hərbi cinayətlər cəzalandırılmalı, deportasiya olunmuş insanlar öz evlərinə qayıtmalı, işğalçı isə öz torpaqlarına göndərilməlidir. Bunun üçün də bütün dünyada birlik olmalıdır".