Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə Azərbaycanın həyata keçirdiyi lokal antiterror əməliyyatlarını dəstəkləyib.
Asayis.Az xəbər verir ki, partiya sədri bununla bağlı şəxsi "Instagram" hesabında paylaşım edib.
"Qarabağda ermənilərin basdırdığı minaların partlaması nəticəsində şəhid olan azərbaycanlı polislərimizə Allahdan rəhmət diləyirəm! Qarabağda antiterror əməliyyatı başladan can Azərbaycanın yanındayıq. Ayağınıza daş dəyməsin", - siyasətçi paylaşımında Azərbaycana dəstək nümayiş etdirib.