ABŞ-nin "Abrams" tankları tezliklə Rusiyaya qarşı döyüşən Ukrayna ordusu tərəfindən istifadə ediləcək.
Asayis.Az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin məlumat verib.
O bildirib ki, ABŞ-nin öhdəlik götürdüyü "M1 Abrams" tankları tezliklə Ukraynaya daxil olacaq:
"Artıq ABŞ və digər tərəfdaşların Ukraynaya müdafiə dəstəyi 76 milyard dolları keçib. Buna baxmayaraq ölkəyə dəstəyin davam edəcəyinə söz veririk. Müdafiə Nazirliyi sözügedən tankları may ayından bəri Almanyaya göndərib və Ukrayna cihazlardan təlimlərində istifadə edib. Yaxın günlərdə tanklarımız Ukraynaya göndəriləcək".