Zaxarova erməniləri ələ saldı - “Bəs deyirdiz...”

 Zaxarova erməniləri ələ saldı - “Bəs deyirdiz...”

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan XİN-in çağırışına münasibət bildirib.

Asayis.Az 
xəbər verir ki, Zaxarova Teleqram kanalında rəsmi İrəvanın BMT Təhlükəsizlik Şurası və Rusiya Sülhməramlı Kontingentini Qarabağdakı hərbi əməliyyatları dayandırmağa çağırmasına istehza ilə cavab verib.

“Ermənistan Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını və Rusiya sülhməramlılarını Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarını dayandırmaq üçün tədbirlər görməyə çağırır.

Bəs, rəsmi İrəvanın Qarabağı Azərbaycana məxsus olduğunu tanıması necə olsun?” - deyə Rusiya XİN sözçüsü erməni vəzifədaşlarını məsxərəyə qoyub.

18:00 - 19 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin