Yayın ortalarında Avropanın bir sıra şəhərlərində “Son mövsüm” adlı konsert turuna çıxacağını elan edən müğənni Ququş (Faiqə Atəşin) böyük səhnədən gedib.
Bu barədə 78 yaşlı sənətçi videomüraciətində bildirib. Ququş bu qərarın onun üçün çox çətin olduğunu qeyd edib:
"Məndən asılı olsa idi, əlvida deməzdim".
Qeyd edək ki, Ququş 1950-ci il mayın 5-də Tehranda Sərçeşmə rayonunda anadan olub. O, 1945–1946-cı illərdə mövcud olmuş, Baş nazir Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Milli Hökumətin fədai ordusunun polkovniki, əslən Gəncə şəhərindən olan Qulu Sübhinin nəvəsidir. Onun valideynləri Bakıdan Tehrana köçüblər.(axsam.az)