Qarabağ erməniləri arasında təşviş yaranıb.
Asayis.Az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə informasiyalar yerli mediada tirajlanmağa başlayıb.
Ermənilərdə təşviş yaradan məlumatlarda deyilir ki, tezliklə Azərbaycan Ordusu Xankəndiyə daxil olacaq. Panika içində olan ermənilər özlərinə məxsus qiymətli əşyaları götürüb Ermənistana qaçırlar.
Qeyd edək ki, separatçı Arşavir Qaramyan da Qarabağ ermənilərində qorxu hissinin gücləndiyini deyib. O belə məlumatların qəsdən yayıldığını vurğulayıb. Arşavir Qaramyan konkret olaraq Ermənistan hakimiyyətini ittiham edib ki, Qarabağ ermənilərində təlaş yaratmaq məqsədli xarakter daşıyır.
Onun sözlərindən belə başa düşmək olur ki, Xankəndidə həyat əlamətləri sönüb.