Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyovun (Şeyx Əbdül) Baku TV-də yayımlanan “Qapqara” verilişində onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
Asayis.Az Pravda-ya istinadla xəbər verir ki, həmkarının ondan inciməsi, küsülü olmaları haqda dediklərinə R. Balayev belə reaksiya verib: “İnciyib? Getsin, su içsin”
Xalq artisti Ə. Mahmudbəyovun onun kinoya gəlişində xüsusi rol oynaması barədə dediklərinə isə “Heç nə demək istəmirəm” cavabını verib.