ABŞ ordusunun iki generalı erməni-amerikan “Eagle Partner 2023” təlimləri çərçivəsində Ermənistana gəlib.
Asayis.Az xəbər verir ki, bu barədə ABŞ-ın İrəvvandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 10-cu dağ diviziyasının komandiri, general-mayor Qreqori Anderson və ABŞ ordusunun Avropa və Afrikadakı quru qoşunlarının qərargah rəisinin müavini, briqada generalı Patrik Elis ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin ilə birlikdə cümə günü təlimi müşahidə ediblər. xidməti qeyd edib.
Sentyabrın 11-də Ermənistan ABŞ hərbçiləri ilə “Eagle Partner 2023” birgə təlimlərə başlayıb. Təlimlərdə 85 ABŞ və 175 Ermənistan hərbçisi iştirak edir.
Təlimlər sentyabrın 11-dən 20-dək Ermənistanda Zar təlim mərkəzinin bazasında keçirilir. (Bakupost.az)