Ramiz Mehdiyev Türk şəhidlik abidəsinin qoyulmasına necə qarşı çıxıb?! - (ŞOK İTTİHAMLAR)

 Ramiz Mehdiyev Türk şəhidlik abidəsinin qoyulmasına necə qarşı çıxıb?!  - (ŞOK İTTİHAMLAR)

2012-ci ilin sentyabr ayında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılovun təşəbbüsü ilə Türkiyənin Bakıdakı səfirliyinin  və "Tekfen İnşaat” şirkətinin təşkilatçılığı ilə 1918-ci ildə şəhid olaraq Salyan qəristanlığında dəfn olunmuş döyüşçülərin qəbirlərinin bir yerə köçürülərək salınan Türk-Azəri şəhidlik abidəsinin inşası başa çatmaq üzrə olduğundan açılışına saylı gülər qalırdı. Abidə qəbristanlığın Bakı-Astara avtomobil yoluna bitişik hissəsində tikilmiş və avtomobil yolu istiqamətdən ayrıca giriş qapısı da qoyulmuşdu. Birdən xəbər gəldi ki, türklər qapını hörürlər. Tez özümü abidəyə çatdırdım. Doğrudan da qapını bağlayırdılar. O zamankı Türkiyə səfiri Hlusi Kılıçın hərbi müşaviri də əraziyə gəlmişdi. Mən ona özümü təqdim edib, narazılığımı bildirdikdə sanki ürəyi açıldı. Xeyli söhbət etdik. Mən ona yerli camaatımızın o zaman şəhid olmuş Türk əsgərlərinin xatirəsini necə əziz tutmasından misallar gətirdikdə gözləri doldu. Dedi ki, biz o zamanlar buralara neft üçün gəlməmişdik, Şəhid olmağa gəlmişdik. Daha sonra bildirdi ki, biz Türkiyə olaraq bu abidəni tikib sizə verdik, zamanı çatanda qapısını da özünüz açarsız.....



Bu söhbətdən bir neçə gün sonra öyrəndim ki, bununla bağlı göstəriş Ramiz Mehdiyevdən gəlibmiş. Güya ki, bura beynəlxalq avtomagistralın yaxınlığıdır, gedib-gələnlər görərlər, bu da Rusiyanın xoşuna gəlməz. Açılış mərasimində Türkiyənin Bakıdakı səfiri iştirak etsə də, amma Ramiz Mehdiyevin qorxusundan tədbirə o zamankı icra başçı Tahir Kərimov qatılmamışdı. Yerinə müavini Etibar Hüseynovu göndərmişdi.

 

10:45 - 16 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin