“Ermənistanın Putin barədə qərarı Rusiyaya siyasi mesajdır” - AÇIQLAMA

 “Ermənistanın Putin barədə qərarı Rusiyaya siyasi mesajdır” - AÇIQLAMA

Ermənistan Ali Məhkəməsi Putin haqqında dərhal yaxalanıb tutulması barədə qərar çıxarıb. Bu barədə erməni mediası məlumat yayıb.

“Rusiya – Ermənistan arasında gərginlik pik həddə çatıb. Ermənistan Parlamentinin Roma Statusunu ratifikasiya etməsi tək hüquqi məsələ deyil, həm də siyasi mesajdır”.


Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Tural Əliyev deyib.

O qeyd edib ki, təcili şəkildə bunu qəbul etmək Rusiyaya qarşı demarşdır:



“Sırf bu məsələyə görə Ermənistanın Rusiyadakı səfirliyi Xarici İşlər Nazirliyinə çağırıldı, deyildi ki, indiki vaxtda belə bir addımın atılması Rusiya – Ermənistan münasibətlərinə zərbə vurur. Əgər Ermənistanın təxribatları artarsa və Azərbaycan geniş miqyasda buna cavab verərsə, Rusiyanın loyal yanaşması gözlənilir. Ermənistan həm təhlükəsizlik, həm də iqtisadi baxımdan Rusiyadan çox asılıdır. Üzü qışa doğru gedir, əvvəllər də Ermənistan qaz problemi yaşayıb. Rusiya təmir bəhanəsilə bir neçə gün Ermənistana qaz verməyi dayandırmışdı. Belə rıçaqlarla Rusiya çalışacaq ki, Ermənistana təzyiq etsin. Paşinyan da etiraf edir ki, ölkənin suverenliyi sual altındadır”.

16:36 - 15 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin