“İlham Əliyevlə görüş keçirmək, ona izahatlar vermək üçün necə yalvardıqlarını izləyirik” - Erməni deputat

 “İlham Əliyevlə görüş keçirmək, ona izahatlar vermək üçün necə yalvardıqlarını izləyirik” - Erməni deputat

“Bu parlament yeni formalaşdırılanda biz təkid etdik ki, parlamentdə Qarabağ məsələləri ilə məşğul olan daimi komisisyanın olması çox vacibdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlametninin “Şərəfim var” fraksiyasının deputatı Anna Mkrtçyan deyib.

Mkrtçyanın sözlərinə görə, Ermənistana xəyanət edilib.

“Biz o vaxt yaxşı bilirdik ki, Qarabağ satılıb, Ermənistana isə xəyanət edilib. Bunun sübutu özünü çox gözlətmədi. Nikoldan başlayaraq, o andan sonra heç kim Qarabağa getmədi. Qarabağ sözünü tamamilə tərk etdilər. Onlar Qarabağı Azərbaycan ərazisi kimi tanıyaraq, bu ərazidən imtina etdilər. Əziz həmvətənlər, 2018-ci ilin nədən ibarət olduğunu indi çox yaxşı başa düşürsünüz, söhbət məxməri kapitulyasiya və məxməri xəyanətdən gedirdi”, - deyə o qeyd edib.

Mkrtçyan bildirib ki, erməni xalqının reallığı sadəcə olaraq faciəvidir.

“Ölkəni dağıdıblar, məsxərə obyektinə çeviriblər və Ermənistan tarixində ilk dəfə olaraq İlham Əliyevlə görüş keçirmək, ona izahatlar vermək üçün necə yalvardıqlarını izləyirik. Bu davranışa ən yaxşı qiyməti İran Prezidenti verib və deyib ki, bu fəsadların səbəbi şübhəli davranışdır”, - deyə erməni deputat əlavə edib.
 

14:48 - 15 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin