Bu deputatların seçki dairələri ləğv edilir - ŞOK İDDİA

 Bu deputatların seçki dairələri ləğv edilir - ŞOK İDDİA

REAL Partiyasının sədri İlqar Məmmədov özünün sosial media hesabında Azərbaycanda bir sıra seçki dairələrinin ləğv olunacağını və yenilərinin yaradılacağını bildirib. 

Asayis.Az
 xəbər verir ki, partiya sədri ləğv ediləcək 3 seçki dairəsinin adını açıqlayıb. 

Onun sözlərinə görə, 114 saylı Şəki kənd birinci seçki dairəsi (bu dairədən Əli Məsimli deputat seçilib) 76 saylı Lənkəran-Astara seçki dairəsi (bu dairənin deputatı Ziyafət Əsgərovdur) və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi (Fəzail İbrahimli) ləğv ediləcək. Partiya sədri iddia edib ki, Sumqayıtda 2, Abşeronda isə 3 yeni seçki dairəsi yaradılacaq. 

"Bunları haradan bilirik? Sözügedən o 3 dairədə partiyamızın təqdim etdiyi Dairə Seçki Komissiyası üzvləri var və dünən MSK bizə şifahi şəkildə onların yerinə yeni dairələrdə üzv təklif etməli olduğumuzu bildirdi", - o vurğulayıb. 

REAL sədri Mərkəzi Seçki Komissiyasının (MSK) qərarının doğru olduğunu bildirib. 

Məsələ ilə bağlı MSK ilə əlaqə yaratmaq mümkün olmayıb. 

13:24 - 15 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin