Ermənistanın Probasiya Xidmətinin rəhbəri Gevorq Simonyan vəzifəsindən azad edilib.
Asayis.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, müvafiq qərarı Baş naziri Nikol Paşinyan imzalayıb.
Qeyd olunur ki, Gevorq Simonyan sentyabrın 15-də vəzifəsindən uzaqlaşdırılacaq.
Xatırladaq ki, Simonyan 2019-cu ildə Probasiya Xidmətinə rəhbər təyin edilib və 2023-cü ilin yanvarında yenidən bu vəzifəyə təyin olunub.