Türkiyədə toy mərasimində xoruza spirtli içki içirən 5 nəfərə ümumilikdə 27 min lirə inzibati cərimə kəsilib.
Asayis.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, toy məclisində xoruza işgəncə edilməsi ilə bağlı polisə xəbər verilib.
Araşdırma nəticəsində toyda çəkilən görüntüləri izləyərək 5 şübhəlini müəyyən ediblər.
Heyvanların Mühafizəsi Qanununu pozan şübhəlilərə ümumilikdə 27 min lirə inzibati cərimə kəsilib.
Şübhəlilər barəsində məhkəmə prosesinin davam etdiyi bildirilib.
Demokrat.Az