Ceyhun Bayramovun yeni müavinlərinin cavabdeh olduğu sahələr

 Ceyhun Bayramovun yeni müavinlərinin cavabdeh olduğu sahələr

Xarici İşlər Nazirliyində struktur dəyişikliyi olub.

Asayis.Az xəbər verir ki, yeni nazir müavinləri Samir Şərifov və Yalçın Rəfiyevin cavabdeh olduğu sahələr müəyyənləşib.

Samir Şərifov Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Şərqi-Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsi, Linqvistik Təminat İdarəsinə cavabdeh olacaq.

Digər yeni nazir müavini Yalçın Rəfiyev isə Beynəlxalq Təhlükəsizlik İdarəsi, İqtisadi Əməkdaşlıq İdarəsi və Yaxın Şərq və Afrika İdarəsinə cavabdeh olacaq.

Qeyd edək ki, Beynəlxalq Təhlükəsizlik İdarəsinə əvvəl nazir müavini Araz Əzimov cavabdeh idi. İndi bu İdarəyə cavabdeh nazir müavini Yalçın Rəfiyev olacaq. Həmçinin, Linqvistik Təminat İdarəsinə cavabdeh nazir müavini də dəyişib. Belə ki, bu İdarəyə artıq yeni nazir müavini Samir Şərifov cavabdeh olacaq. Bu səlahiyyət əvvəl nazir müavini Elnur Məmmədovda idi.

10:00 - 14 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin