Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilib.
Asayis.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad olunub.
Qeyd edək ki, H. Məmmədov 2017-ci ildən BMU-nun rektoru vəzifəsini icra edirdi.