Mərakeş ölkədə baş verən 7 bal gücündə zəlzələ ilə bağlı Əlcəzairin "təcili humanitar yardım" təklifini rədd edib.
Asayis.Az xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Əlcəzair hökumətinin yardım təklifi rəsmi olaraq rədd edilib:
"Əlcəzair humanitar yardım materialları ilə dolu olan üç təyyarəni hazır saxlayıb. Lakin yardım təklifi Mərakeş tərəfindən rədd edilib. Mərakeş Xarici İşlər Nazirliyi bildirib ki, ölkəsinin Əlcəzairin köməyinə ehtiyacı yoxdur”.