BƏƏ nigeriyalılara viza qadağasını ləğv etdi

 BƏƏ nigeriyalılara viza qadağasını ləğv etdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) nigeriyalılara tətbiq etdiyi viza qadağasını ləğv edib.

Asayis.Az xəbər verir ki, bu barədə Nigeriya hökuməti məlumat yayıb.

Bildirilib ki, Nigeriya Prezidenti Bola Əhməd Tinubu Ərəb Əmirliklərinin rəhbəri Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.

Görüş zamanı iki lider BƏƏ-nin nigeriyalılara tətbiq etdiyi viza qadağasını ləğv edən saziş imzalayıb.

Bununla da nigeriyalı sərnişinlərə tətbiq edilən viza qadağası 1 ildən sonra qaldırılıb.

Razılaşmaya əsasən, BƏƏ-yə məxsus Etihad Airways və Emirates Hava Yolları Nigeriyaya uçuş cədvəllərini gecikdirmədən bərpa edəcəklər.

14:12 - 13 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin