“Həddi aşırsınız…” - Putin Qərbi hədələdi

 “Həddi aşırsınız…” - Putin Qərbi hədələdi

“Rusiya şirkətlərinin xaricdəki aktivlərinə həbs qoyulması bütün hədləri aşır”.

Asayis.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.

“Qanuni yolla qazanılan vəsaitlərin – şirkətlərimizin, sahibkarlarımızın vəsaitlərini ələ keçirməklə bütün sərhədləri  aşırlar”, – Putin qeyd edib.

Putin Rusiyanın xaricdəki aktivlərinin ələ keçirilməsi ilə məşğul olan şəxslərin özləri üçün mənfi nəticələri başa düşməmələrinə də diqqət çəkib. Nümunə kimi o, dollarla ödənişlərin məhdudlaşdırılmasını göstərib ki, bunun nəticəsində bütün ölkələr milli valyutalarda ödənişlər barədə düşünüb, əmanətlərini ABŞ-dan kənarda saxlayıblar.

“Qərb özü üçün bunun mənfi nəticələrini anlamır”, – Rusiya prezidenti deyib. (Azpost.info)

11:48 - 13 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin