Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun çıxış etdiyi “Persepolis” matçı tamaşaçısız keçiriləcək.
Asayis.Az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac məlumat verib.
Onun sözlərinə görə, sentyabrın 19-da Tehranın “Azadi” stadionunda keçiriləcək Asiya Çempionlar Liqası “Persepolis” – “Əl Nassr” matçı tamaşaçısız keçiriləcək:
"Bu matçda əsas problemimiz oyunun tamaşaçısız olmasıdır. Bütün beynəlxalq yarışların tamaşaçılarının olmasını təmin etməliyik. Ronaldo kimi böyük futbolçunun Azadi stadionunda çıxış etməsi İran futboluna diqqəti cəlb edəcək. Lakin oyuna tamaşaçı buraxılmamalıdır. Ona görə də bu məsələyə mümkün qədər diqqət ayrılacaq”.