Portuqaliya millisinin lideri Kriştianu Ronaldu zəlzələdən əziyyət çəkən mərakeşlilərə kömək etmək qərarına gəlib.
38 yaşlı futbolçu onlar üçün Mərakeşdəki 4 ulduzlu “Pestana CR7” hotelinin qapılarını açıb.
Xatırladaq ki, zəlzələ səbəbindən Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində keçiriləcək Mərakeş - Liberiya oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.