ABŞ-ın “General Atomics” şirkəti bu ilin dekabrında hava-hava sinfinə məxsus raketlər atacaq “LongShot” pilotsuz uçuş aparatının sınağına başlayacaq.
Asayis.Az xəbər verir ki, bu barədə “Breaking Defense” məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyi hələ iyun ayında şirkətlə PUA-nın sınağının üçüncü mərhələsinə dair dəyəri 94 milyon dollar olan müqavilə imzalayıb. PUA-nın hazırlanması zamanı əsas diqqət uzaq hədəflərin vurulmasına yönəldilib.//APA