Dünya Bankı Mərakeşə hərtərəfli yardım təklif etdi

 Dünya Bankı Mərakeşə hərtərəfli yardım təklif etdi

Dünya Bankı dağıdıcı zəlzələdən zərər çəkən Mərakeşə hərtərəfli yardım göstərəcəyini vəd edib.

Asayis.Az
 xəbər verir ki, bu barədə Dünya Bankının yaydığı bəyanatda bildirilib.

"Biz Krallığa ən yüksək səviyyədə başsağlığı verdik və bu fəlakətlə bağlı ölkəyə hərtərəfli yardım təklif etdik. Bu mərhələdə bizim diqqətimiz yalnız bu faciənin öhdəsindən gəlməyə çalışan Mərakeş xalqına və hakimiyyət orqanlarına yönəlib"- bəyanatda vurğulanıb.

Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Krallığın Daxili İşlər Nazirliyinin son məlumatına görə, təbii fəlakət nəticəsində 2 012 nəfər həlak olub, 2 059 nəfər yaralanıb.//Report

11:00 - 11 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin