Xankəndidəki qanunsuz rejim avqustun 9-da qondarma parlamentdə “prezident seçkiləri” keçirib.
“Qafqazinfo” Ermənistanın “Hraparak” qəzetinə istinadən xəbər verir ki, nəticədə Samvel Şahramanyan separatçı rejimin “prezidenti” seçilib.
Bildirilir ki, qapalı səsvermə zamanı 22 nəfər onun namizədliyinin lehinə, 1 nəfər əleyhinə səs verib.
Xatırladaq ki, qanunsuz rejimin “rəhbər”i Arayik Arutyunyan avqustun 31-i istefa verib. Bu zaman, “dövlət naziri” Qurqen Nersisyan da vəzifəsindən kənarlaşdırılmışdı və onu bu “vəzifə”də Samvel Şahramanyan əvəz etmişdi.