“Paşinyanın devrilməsinə dəstək verməyə hazıram” - Vardanyan bəyanat verdi

 “Paşinyanın devrilməsinə dəstək verməyə hazıram” - Vardanyan bəyanat verdi

“Mən Ermənistanda Paşinyan hakimiyyətinin tezliklə dəyişdirilməsini dəstəkləməyə hazıram”.

Asayis.Az bildirir ki, bu sözləri Qarabağda qeyri-qanuni məskunlaşmış milyarder İrəvanla telekörpü zamanı çıxışında bəyan edib.

Vardanyan Ermənistan hakimiyyətinin nümayəndələrinin onu Ermənistanda hakimiyyətə gəlmək üçün Qarabağdan platforma kimi istifadə etmə ittihamına cavab verib.

“Mən çalışıram ki, Ermənistanda baş verənlərə biganə qalmayaq. Mən görürəm ki, Ermənistanda böhran var, çünki bu gün Ermənistanı idarə edən insanlar səriştəsizdirlər, nə etdiklərini başa düşmürlər, təcrübələri yoxdur və öyrənmək istəmirlər. Çox yüksək peşəkarların daxil olduğu diasporu cəlb etmirlər”-deyə o vurğualyıb.

Vardanyan Paşinyan iqtidarını verdikləri vədlərin heç birinə əməl etməməkdə ittiham edib: “Konstitusiyanı dəyişmədilər, təhlükəsizliyimizi təmin edə bilmədilər. Beş il kifayət etdi ki, indiki hakimiyyətin imkanları yoxdur və öhdəliklərini yerinə yetirmək iqtidarında deyillər. Bəli, mən bütün sağlam qüvvələrlə birləşməyə və Ermənistanda hakimiyyətin tezliklə dəyişdirilməsini dəstəkləməyə hazıram”, – Ruben Vardanyan qeyd edib.//Azpost.info

11:00 - 10 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin