9 sentyabr saat 11:00-da Qarabağdakı qondarma “parlament”in “növbədənkənar iclası” keçiriləcək.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə oyuncaq rejimin “spiker səlahiyyətlərini icra edən” Qaqik Baqunts açıqlama verib.
Məlumata görə, “növbədənkənar iclas”ın gündəliyində oyuncaq “artsax prezidentinin seçilməsi haqqında” məsələ var.
“Azad Vətən – Regional Dövlət Administrasiyası blokunun fraksiyaları, Ədalət partiyası, ARFD və Artsaxın Demokratik Partiyası artsaxın prezidenti vəzifəsinə Sergey Şahramanyanın, Vahid Vətən Partiyasının fraksiyası isə Samvel Babayanın namizədliyini irəli sürüb” - separatçıların təmsilçisi bildirib.
Qeyd olunub ki, son 10 il ərzində “artsax vətəndaşlığı” və son 10 ildə “respublikada daimi yaşamaq haqqında arayış” təqdim edilmədiyi üçün Vahid Vətən partiyasının fraksiyasının ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.
Qeyd edək ki, Azərbaycan müxtəlif səviyyələrdə separatçı-terrorçu rejimə, həmçinin onların havadarlarına xəbərdarlıqlar edib.