“Təhlükəsizlik baxımından gələn il həm Ermənistan, həm də Qarabağ separatçıları (mətndə uydurma bir addan istifadə olunur - red.) üçün çoxlu təhdidlər ehtiva edir”.
Asayis.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının rəhbəri Ayk Mamicanyan deyib.
“Gələn il son dərəcə çətin və təhlükəli dövrdür, bu, geosiyasi proseslərdən xəbərdar olan hər kəs üçün aydındır. Məsələ burasındadır ki, gələn il həm ABŞ-da, həm də Rusiya və Avropada seçki ilidir. Söhbət ümumavropa (Avropa Parlamenti - red.) seçkilərindən gedir. Bu, Ermənistan və Qarabağ separatçılarının təhlükəsizliyi üçün əlavə təhdidlər və zəifliklər yaradır, çünki fövqəldövlətlərin diqqəti digər proseslərə yönələcək”, - deyə Mamicanyan qeyd edib.
Mamicanyana görə, Paşinyanın hərəkətləri və bəyanatları ölkə üçün Türkiyə-Azərbaycan lobbiçiliyindən qat-qat təhlükəlidir.
“Paşinyan və komandasının axmaqlığına qarşı çıxmaq Türkiyə və Azərbaycana qarşı mübarizə aparmaqdan çətindir, biz onların ucbatından çox çətin vəziyyətə düşürük”, - deyə erməni deputat bildirib.