"Ɐ" işarəsi müharibənin simvolu ola bilməz

Dövlət nəhəng mexanizmdir. O, təkcə düşmən üzərinə sarsıdıcı həmlələr etmir, həm də öz cəmiyyətini hazırlıqla hala gətirməkdə mahirdir. 44 günlük savaşın nəticələri təkcə hərbi gücə söykənmirdi, həm də müharibənin nəhəng psixoloji portreti dərin məntiqə əsaslanırdı. 

Heç şübhəsiz ki, "Ɐ" - bu işarə müharibənin simvolu ola bilməz. Bu, texniki və şərti işarədir, heç bir siyasi-ideoloji və fəlsəfi mənası yoxdur. Hərbi texnikaları, kolonları fərqləndirmək üçün müvəqqəti istifadə olunan işarədir. Döyüş bölgələrində xidmət keçən hərbi qulluqçular bunu yaxşı bilirlər. Digər tərəfdən, hərbi nümayişin psixoloji konteksdə təhlili mümkündür. Məsələn, hərbi texnikalar üzərindəki işarələrdə və bu işarələrin qələbəyə dərin inandırma gücündə, insanların hisslərinə əsaslanaraq, bəribaşdan nəticələr hasil etməsində etos və patosun elementləri var. Müəyyən bir məhlədən sonra bu hadisələr məntiqi mərhələyə daxil olacaq. Bax, bu loqosdur. Daha heç kəsin yadına  "Ɐ" işarəsi düşməyəcək.

"Ɐ" işraəsinin yerinə hər hansı hərf də ola bilərdi. Müharibə real hadisədir, konspirologiyaya qapılıb bu işarənin ortasındakı xətti Zəngəzur dəhlizinə bənzətmək uydurmalardır. Döyüş bölgələrində xidmət keçməyən, eləcə də hərbi xidmətdə olmayan xeyli sayda şəxslərin tələsərək bu işarəni müharibənin simvolu kimi təqdim etmələri satirik dərddir. Hətta ağıllı insanlar texniki məna daşıyan hərfdən əlahiddə həngamələr düzəldirlər. 

Başqa bir nümunə... Məsələn, "Z" hərfi ictimaiyyətin kütləvi paylaşımları nəticəsində Ukrayna ərazisində aparılan Rusiya-NATO müharibəsinin simvoluna çevrilmişdi. Bu işarə müharibəyə dəstəyi ifadə edirdi. Amma fərq budur ki, "Z" hərfi on illərdir Rusiyada "gücü və əzələ"ni ifadə edən işarə kimi məşhurdur. Qısa müddət sonra Rusiyada hər kəs anladı ki, "Z" işarəsi Rusiyaya məxsus texnikanı fərqləndirmək üçün yazılır. İndi daha bu işarə tamamilə unudulub. 

Nəticə olaraq, demək olar ki, bu işarələr texniki məsələlərlə bağlıdır, amma təsadüfi də deyil. Bu işarələr iki cəbhədə öz işini görür:

- İlkin mərhələdə düşməndə qorxu yaradır
- İlkin mərhələdə ölkənin daxilində isə inandırma gücü və qələbəyə inamı formalaşdırır.

10:45 - 9 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin