Türkiyə Ermənistanla qarşılaşacaq

 Türkiyə Ermənistanla qarşılaşacaq

Bu gün Avro-2024-ün seçmə mərhələsinin 5-ci turunun daha 7 oyunu keçiriləcək. 

Asayis.Az
 xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün əsas diqqət çəkəcək matçlardan biri D qrupunda oynanılacaq - Türkiyə millisi Ermənistanı qəbul edəcək. 

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Seçmə mərhələnin ilk turunda bu komandalar arasında İrəvanda keçirilən oyun Türkiyə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Bu arada Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov Türkiyə ilə Avro-2024-ün seçmə mərhələsinin V tur matçı ərəfəsində fikirlərini bölüşüb.

“Bəli, bu oyun bizim üçün həlledici görüşdür. Türkiyə yığmasına qalib gəlsək, final turnirində iştirak edə bilmək şansımızı 90 faiz yaxşılaşdıracağıq. Uduzsaq, finala getmək biletimizi itirəcəyik”.

D qrupuna dörd oyundan 9 xal yığan Türkiyə başçılıq edir. Üç oyundan sonra Ermənistan komandası 6 xalla ikinci pillədə qərarlaşıb. Xorvatiya 2 oyun keçirib və 4 xalla üçüncü pillədə qərarlaşıb. 

16:44 - 8 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin