“Hindistan qlobal silah satış bazarına daxil olur, sızıntı həm də bir reklamdır”.
Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının eksperti Artsrun Hovhannisyan deyib.
Onun sözlərinə görə, Hindistan unikaldır, Ermənistan üçün çox maraqlı silah çeşidi var.
“Hindistanın silah satışı ilə bağlı mesaj sızdırması mümkündür. Bizim nailiyyətlərimiz artilleriyaya aiddir. Hindistanın silahlarına hava və su kimi ehtiyacımız var”, - deyə Hovhannisyan qeyd edib.