Qabonda 30 avqust çevrilişindən sonra iqamətgahında saxlanılan prezidenti Əli ben Bonqo Ondimba sərbəst buraxılıb.
Asayis.Az xəbər verir ki, bu barədə "Təssisatların Köçürülməsi və Bərpası Komitəsi" adlanan hərbi idarə məlumat yayıb.
Məlumatda, Əli Bonqonun sağlamlıq vəziyyəti ilə əlaqədar istədiyi kimi hərəkət etməkdə azad olduğu bildirilib.
Həmçinin qeyd edilib ki, prezident istəsə xaricdə də müalicə oluna bilər.